Ambartsumyan: “Oktyabrın 19-u Baş Qərargah rəisi məğlubiyyətə getdiyimizi dedi”

Ambartsumyan: “Oktyabrın 19-u Baş Qərargah rəisi məğlubiyyətə getdiyimizi dedi”

Hazırda oxunan: Ambartsumyan: “Oktyabrın 19-u Baş Qərargah rəisi məğlubiyyətə getdiyimizi dedi”

8211

44 günlük müharibədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru olan Mikael Ambratsumyan savaşı vaxtında dayandırmadığı üçün Paşinyanı günahlandırıb.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, Mikael Ambartsumyan ağır məğlubiyyətin səbəbkarı kimi baş naziri ittiham edib:

“Biz cəbhədəki vəziyyətlə bağlı Paşinyanı mütəmadi məlumatlandırırdıq və ondan tələb edirdik ki, müharibəni dərhal dayandırsın”,- deyə o, bildirib.

Qeyd edək ki, Ambarçumyan oktyabrın 8-dən noyabrın 7-dək Ermənistan MTN-nə nəzarət edirdi və ölkənin Baş Qərargah rəisinin Onik Qasparyanın məruzəsinin şahidi olub.

Onik Qasparyan oktyabrın 19-da Ermənistan Təhlükəsizlik Şurasının iclasında vəziyyətin pis olduğunu, ermənilərin hansı itkiləri verdiyini deyərək savaşı dərhal dayandırmağı təklif edib.

Ambarçumyanın dediyinə görə, müdafiə naziri David Tonoyan da bu təkliflə razılaşıb.

“Müxalifət üzvlərinin də qatıldığı iclasda savaşın dayandırılma qərarı verilmədi. Daha sonra Rusiya prezidentinin çıxışlarının birində atəşkəs haqqında bəyanatın Kreml tərəfindən oktyabrın 19-u da təklif olunduğu səsləndirildi. Lavrov planı təklif olunurdu”,- deyə Ambartsumyan fikrini tamamlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO