SON DƏQİQƏ: Tehranda güclü partlayış - Mağazalar dağılıb, yaralılar var

SON DƏQİQƏ: Tehranda güclü partlayış - Mağazalar dağılıb, yaralılar var

Hazırda oxunan: SON DƏQİQƏ: Tehranda güclü partlayış - Mağazalar dağılıb, yaralılar var

81394

Bu gün İranın paytaxtı Tehranda güclü partlayış baş verib.

Bizim.Media "Azad İran"a istinadən xəbər verir ki, Tehran Yanğından Mühafizə və Təhlükəsizlik İdarəsinin sözçüsü Seyid Calal Mələki paytaxtın Qeytəriyyə bölgəsində sexdəki partlayışdan sonra güclü yanğın başladığını açıqlayıb.

"Bu gün saat 13:47-də Qeytəriyyədə təmir sexində partlayış meydana gəlib. Dərhal hadisə yerinə iki yanğın söndürmə maşını göndərilib", - deyə Seyid Calal Mələki bildirib.
Qeyd edək ki, partlayış nəticəsində 4 mağaza dağılıb. 

Hadisə zamanı 4 nəfər xəsarət alıb ki, onlardan da 3-nün vəziyyəti ağır qiymətləndirilir. Yaralılar dərhal xəstəxanaya yerləşdiriliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO