Türkiyədən Avropa İttifaqına SƏRT ETİRAZ

Türkiyədən Avropa İttifaqına SƏRT ETİRAZ

Hazırda oxunan: Türkiyədən Avropa İttifaqına SƏRT ETİRAZ

80893

Türkiyənin Xarici İşlər Nazirliyi Avropa İttifaqının (Aİ) Zirvə toplantısında rəsmi Ankaraya qarşı qərəzli münasibətlə bağlı bəyanat yayıb.

Bizim.Media TRT-yə istinadən xəbər verir ki, açıqlamada Yunanıstanın Şərqi Aralıq və Egey dənizlərindəki qanunsuz hərəkətlərinə hüquqi don geydirilməsinə çalışmağın qəbuledilməz olduğu bildirilib.

“23-24 iyun 2022-ci ildə Brüsseldə keçirilən Avropa İttifaqının Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısı zamanı qəbul edilən qərarlarda ölkəmizə qarşı qərəzli münasibət təəssüf doğurur. Aİ-nin Şərqi Aralıq və Egey dənizi ilə bağlı beynəlxalq hüquqa zidd olan hərəkətləri qanuniləşdirməyə çalışması qəbuledilməzdir.

Aİ Türkiyənin üzvlük prosesindən və ölkəmizlə əməkdaşlıqdan əldə edəcəyi faydaları Yunanıstan və Kipr Rum Administrasiyasının dar düşüncəli, qanunsuz və maksimalist iddialarına qurban verməməlidir. Aİ-nin öz ümumi maraqları da mahiyyətcə bunu tələb edir”, - deyə bəyanatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO