Gürcüstanda qəhrəmanımızın adını daşıyan məktəb bərpa olunur – ÖZƏL – FOTO  

Gürcüstanda qəhrəmanımızın adını daşıyan məktəb bərpa olunur – ÖZƏL – FOTO  

Hazırda oxunan: Gürcüstanda qəhrəmanımızın adını daşıyan məktəb bərpa olunur – ÖZƏL – FOTO  

80819

“Gürcüstanda baxımsız vəziyyətdə qalan Rahib Məmmədov adına orta məktəb və xatirə parkının bərpa və təmir işləri davam edir”.  

Bu barədə Bizim.Media-nın Qarabağ bürosuna R.Məmmədovun qardaşı Sahib Məmmədov açıqlama verib.  

O bildirib ki, bir müddət əvvəl “Aztv”nin Gürcüstan bürosu məlumat yaymışdı:  

“Həmin görüntülər bizim ailəyə çox pis təsir etdi. Rahib Məmmədovun adını daşıyan park və məktəb demək olar ki, tamamilə dağılmaq üzrə idi. Ancaq sonra əlaqə yaratdıq. Məlum oldu ki, orada artıq bərpa işləri başlayıb. Məktəbin və parkın açılış mərasiminə məni də dəvət ediblər. Gürcüstana getməyə hazırlaşıram”.  

Qeyd edək ki, Rahib Gülmalı oğlu Məmmədov 1967-ci il 25 avqust tarixində Ağdam rayonun Mahrızlı kəndində anadan olub. 1985-ci ilin noyabr ayında müddətli həqiqi hərbi xidmətə yollanıb.  

O xidmətini sovet ordusunun sıralarında Gürcüstan Respublikasında yerləşən bölmələrində keçməyə başlayıb. 1987-ci il fevral ayının əvvəllərində Gürcüstan Respulikasının Xobi rayonun Çaladidi kəndində baş verən daşqınlar bütün kəndi sel suları altında qoyur. Həmin vaxt əsgər Rahib Məmmədov idarə etdiyi “BTR” markalı döyüş maşını ilə xeyli sayda kənd sakinini xilas edir.  

Sonuncu nəfəri xilas etdikdən sonra körpü ətrafında təmizləmə işləri aparakən qəhrəmancasına həlak olub. Xobi rayonun Çaladidi kənd orta məktəbinə onun adı verilib, kənd ərazisində Rahib Məmmədovun xatirə parkı salınıb.  
Ölümündən sonra “Qırmızı ulduz” ordeninə layiq görülən azərbaycanlı əsgər doğulduğu Mahrızlı kəndində dəfn edilib. Mahrızlı kənd orta məktəbinə də onun adı verilib. Həmçinin, kənddə Rahibin adını daşıyan Döyüş Şöhrəti Müzeyi də açılıb.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO