Zaxarovadan erməni jurnalistə SƏRT CAVAB: “Yeni reallıqlar var!”

Zaxarovadan erməni jurnalistə SƏRT CAVAB: “Yeni reallıqlar var!”

Hazırda oxunan: Zaxarovadan erməni jurnalistə SƏRT CAVAB: “Yeni reallıqlar var!”

80459

“Mən Karen Donfridin (ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi) ifadəsinin səmimiliyinə şübhə edirəm. Əgər Vaşinqton və Paris həqiqətən də ATƏT-in Minsk Qrupunun unikal vasitəçilik formatını vacib hesab etsəydi, bütün iştirakçı dövlətlər tərəfindən təsdiq edilmiş mandata laqeyd yanaşmazdı.

Onlar məsləhətləşmədən rusiyalı həmsədrlə bütün əlaqələri kəsdilər. 24 fevralı xatırlayıram. Nəticədə “Üçlüyün” işinə bir çox cəhətdən zərər dəydi.

Belə çirkin addım üçün hələ də onlardan dəqiq izahat alınmayıb. Bu cür məsuliyyətsiz hərəkətlərin bir daha təkrarlanmayacağına zəmanət yoxdur”.

Bizim.Media xəbər verir ki, bunu çərşənbə günü həftəlik brifinqdə Ermənistanın İctimai Televiziyasının qadın jurnalistinin təxribat xarakterli sualını cavablandıran Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. 

Xatırladaq ki, jurnalist ona belə məzumunda sual verib:

“ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid deyib ki,  Vaşinqton Minsk Qrupuna həmsədrlik prosesini dəstəkləyir, bu formatı çox vacib hesab edir və müzakirə etməyə hazırdır. Onun bu bəyanatına Moskvanın münasibəti necədir?”.

“Heç nə olmamış kimi davranmaq bir nəticə verməyəcək. Yeni reallıqlar nəzərə alınmalıdır. Düşünürəm ki, bizim təcrid vəziyyətinə düşəcəyimizə stavka (mərc) qoyuldu, lakin yenə hesablamaları səhv çıxdı, konsepsiyaları uğursuza düçar oldu. Xarici dünya təkcə Avro-Atlantiklə məhdudlaşmır.

Rusiya tərəfi hamıdan çox Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlıdır və ayrı-ayrı xarici oyunçuların siyasiləşmiş addımlarının regionda sülhün və sabitliyin bərpası istiqamətində onsuz da çətin olan səylərə xələl gətirməsinə imkan verə bilməz.
Biz bundan sonra da üç ölkə liderinin bəyanatlarında yer alan öhdəlikləri və tapşırıqları qeyd-şərtsiz yerinə yetirmək üçün əlimizdən gələni edəcəyik”, - deyə M.Zaxarova bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO