Ermənistan Baş naziri Nikol Paşinyan 1.5 il əvvəl Dağlıq Qarabağın “başçısı” Araik Arutyunyana müharibənin başlayacağı və ərazilərin təslim ediləcəyi barədə xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri, üçüncü prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan “Facebook”da canlı yayımda deyib.
Minasyan qeyd edib ki, hakimiyyətə gəldiyi andan etibarən Paşinyan Milli Təhlükəsizlik Xidmətindən (MTX) ətrafındakı hər kəs haqda kompromat hazırlamağı tələb edib.
MTX bundan imtina edib, lakin sonra Paşinyan istəyinə nail olub. Bundan xəbər tutan Araik Arutyunyan spiker Ararat Mirzoyan vasitəsilə Baş nazirə, "Qarabağdakı quldurluq faktlarını" gizlətmək müqabilində müəyyən xidmətlər göstərməyə hazır olduğunu bildirib.
Paşinyan razılığa gəlib, Arutyunyan və Mirzoyan Romaya gediblər və detalları orada müzakirə ediblər.
Yeri gəlmişkən, iclasda Minasyanın adını çəkmədiyi bir iş adamı da iştirak edib.
"Bundan sonra Paşinyan, Mirzoyan, Arutyunyan və Qarabağın qondarma MTX-nin rəhbəri Kamo Ağacanyanın görüşü baş tutub, burada separatçıların “başçısı”na əraziləri təslim etmə planları barədə danışıblar. Arutyunyan bu prosesə qarışıb və nələrin baş verdiyini bilib. Bu səbəbdən o və Ağacanyan Cəbrayıl, Füzuli və Hadrut bölgələrində özlərinə aid olan əmlakı satıb. Yeri gəlmişkən, Hadrutdakı bağlar yarı qiymətə satılıb və Arutyunyan şəxsən alıcılara vəsait tapmağa kömək edib” - Minasyan bildirib.
Keçmiş səfir əlavə edib ki, indi də Paşinyan aldığı kompromatları istifadə edir və komandasının üzvlərini, eləcə də müavinlərini yanında saxlayır. O, həmçinin cinayət təqibli mexanizmləri də “işə salır”.
Xüsusilə, Minasyana görə, istefa verməyə çalışan Baş nazir müavini Mqer Qriqoryana qarşı da cinayət işindən istifadə edilir. Baş nazir onu həbslə təhdid edirmiş.
"Öz müavini və onun atası vasitəsi ilə yolları asfaltlamaq əməliyyatından “xeyli qabağa düşən” Ərazi İdarəetmə naziri Suren Papikyana qarşı da cinayət işi var. Papikyan yalnız bir razılaşmadan 450 milyon dram (təxminən bir milyon dollar) qazanıb. Hətta Paşinyanın arvadının qardaşı Qraçya Akopyana , "Mənim addımım" fraksiyasından deputat Akop Simidyana və Baş nazirlik Ofisinin rəhbəri Eduard Ağacanyana qarşı da cinayət işi açılıb”, - deyə o vurğulayıb.
Qeyd edək ki, 27 sentyabr 2020-ci ildə Dağlıq Qarabağda başlayan hərbi əməliyyatlar 44 gün davam edib.
Müharibə noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan başçıları - Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın üçtərəfli bəyanatından sonra dayanıb.
Müxalifət qüvvələri və cəmiyyətin bir hissəsi səlahiyyətlilərin hərəkətlərini milli maraqlara xəyanət kimi qiymətləndirib və paytaxtda bu günə qədər davam edən etiraz aksiyaları başlayıb.
Bundan əlavə, 17 müxalifət partiyası “Vətənin Qurtuluş Hərəkatı”nı qurub və Ermənistanın İctimai Şurasının keçmiş rəhbəri Vazgen Manukyanı müvəqqəti hökumətin baş naziri vəzifəsinə namizəd göstərib.
O, erkən seçkiləri bir ildən gec olmayaraq keçirəcəyinə söz verib. Üstəlik, Manukyanın özü və dəstəklədiyi partiya seçkilərə qatılmayacaq.
Bizim.Media
- A-
- A
- A+
Region
22:58 / 09.01.2021
Mikael Minasyan şok faktları açıqladı: \'\'Paşinyan 1.5 il əvvəl Arutyunyana müharibənin başlayacağını deyib\'\'
Hazırda oxunan: Mikael Minasyan şok faktları açıqladı: \'\'Paşinyan 1.5 il əvvəl Arutyunyana müharibənin başlayacağını deyib\'\'
Hazırda oxunan: Mikael Minasyan şok faktları açıqladı: \'\'Paşinyan 1.5 il əvvəl Arutyunyana müharibənin başlayacağını deyib\'\'
7969
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.