Azərbaycana qarşı vuruşmuş erməni hərbçilərinin şəkilləri yandırıldı - Şirakda

Azərbaycana qarşı vuruşmuş erməni hərbçilərinin şəkilləri yandırıldı - Şirakda

Hazırda oxunan: Azərbaycana qarşı vuruşmuş erməni hərbçilərinin şəkilləri yandırıldı - Şirakda

79065

Ermənistanın Şirak (Qonaqgirən) rayonunda naməlum şəxslər Veteranlar İttifaqının binasına daxil olaraq aprel döyüşlərində və 44 günlük müharibədə həlak olan erməni əsgərlərinin xatirəsini ləkələyiblər.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə informasiyanı ictimai xadim Karapet Poqosyan öz Facebook səhifəsində yazıb.

“Ermənistanda müqəddəslik günün tələbinə çevrilib. İndicə mənə xəbər gəldi ki, gecə saatlarında Artik Veteranlar İttifaqının binasına “küçə adamları” daxil olub, əmlaka ziyan vurub, aprel və 44 günlük müharibə iştirakçılarının fotoşəkillərini yandırıblar”, - deyə Poqosyan qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO