İran İnqilab Keşikçiləri Qvardiyasının iki zabitinin müəmmalı ölümü - FOTO

İran İnqilab Keşikçiləri Qvardiyasının iki zabitinin müəmmalı ölümü - FOTO

Hazırda oxunan: İran İnqilab Keşikçiləri Qvardiyasının iki zabitinin müəmmalı ölümü - FOTO

78987

İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) Aerokosmik Qoşunlarının iki zabiti Əli Kamani və Məhəmməd Abdus müəmmalı şəkildə ölüb. 

Bizim.Media "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə qvardiyaya yaxın mənbələr bildirib.

İnqilab Keçikçiləri Qvardiyasının Mərkəz əyalətindəki qoşunlarının ictimaiyyətlə əlaqələr bölməsinin açıqlmasına əsasən Əli Kamani İranın Xomeyni şəhərində avtomobil qəzasında həyatını itirib. Açıqlamada o, şəhid adlandırılıb. 
“Fars” xəbər agentliyi isə bildirib ki, Məhəmməd Abdus İranın Semnan əyalətində xidməti vəzifəsini icra edən zaman ölüb. O, da şəhid kimi təqdim olunub. 

Lakin SEPAH zabitlərinin ölümünün təfərrüatı açıqlanmayıb. 

Xatırladaq ki, son bir neçə ay ərzində İranın müxtəlif şəhərlərində SEPAH-ın ən önəmli bir neçə zabiti öldürülüb. Bunların isə bir çoxunda İsrail kəşfiyyatının (Mossad) əlinin olduğu barədə məlumatlar yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO