Türkiyənin paytaxtı Ankara şəhərində poeziya dünyamızın nadir simalarından biri, Azərbaycan xalqının istiqlal mübarizəsinə layiqli töhfələr vermiş vətənpərvər şair və ictimai xadim, dövlət himnimizin sözlərinin müəllifi Əhməd Cavadın adına küçənin açılışı olub.
Bizim.Media xəbər verir ki, küçəyə Əhməd Cavadın adının verilməsi istedadlı şairimizin anadan olmasının 130 illiyi ilə bağlı qardaş ölkədə keçirilən tədbirlər çərçivəsində xalqımızın böyük oğlunun adının əbədiləşdirilməsi məqsədilə həyata keçirilib.
Bu münasibətlə Əhməd Cavad küçəsinin açılışından sonra Ankaranın Etimesgut rayonunda şairin şirlər kitabının təqdimatı olub, həyatına və yaradıcılığına həsr olunan panel təşkil edilib.
Etimesgut rayon bələdiyyəsi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Azərbaycanın Türkiyədəki səfirliyi və Türk Tarix Muzeyi və Parkı tərəfindən birgə təşkil olunan tədbirlərdə rəsmi şəxslər, Türkiyə ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.
Bizim.Media
- A-
- A
- A+
Region
16:14 / 06.06.2022
Ankarada Əhməd Cavad küçəsinin açılışı oldu – FOTO
Hazırda oxunan: Ankarada Əhməd Cavad küçəsinin açılışı oldu – FOTO
Hazırda oxunan: Ankarada Əhməd Cavad küçəsinin açılışı oldu – FOTO
77942
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.