Paşinyana qarşı etiraz aksiyalarında 24 müxalifətçi HƏBS EDİLİB 

Paşinyana qarşı etiraz aksiyalarında 24 müxalifətçi HƏBS EDİLİB 

Hazırda oxunan: Paşinyana qarşı etiraz aksiyalarında 24 müxalifətçi HƏBS EDİLİB 

77853

Ermənistan parlamentinin vitse-spikeri, “Müqavimət” müxalifət hərəkatının koordinatoru İşxan Saqatelyan bildirib ki, baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyaları başlayandan indiyədək 24 nəfər həbs edilib, 2,5 minə yaxın insan polis bölmələrinə aparılıb. 

Bizim.Media xəbər verir ki, o, müvafiq şərhi sosial şəbəkələrdə yazıb.

Saqatelyan xatırladıb ki, “Müqavimət” hərəkatının 2,1 mindən çox üzvü müxtəlif polis idarələrinə gətirilib. 

O, hesab edir ki, bunların hamısı polis tərəfindən sənədləşdirilməyib.

"Əslində işgəncəyə məruz qalanların sayı 2,5 min nəfərə yaxındır. Aprelin 25-dən indiyədək 48 vətəndaş saxlanılıb, onlardan 24-ü həbs edilib. Hazırda məhkəmələr həbslə bağlı vəsatətlərə baxır", - müxalifətçi qeyd edib.

Saqatelyan, həmçinin Ermənistanda etirazlar başlamazdan əvvəl həbs edilənlər də daxil olmaqla 50-yə yaxın siyasi məhbusun olduğunu iddia edir.

"Onlara qarşı irəli sürülən ittihamlar əsassız və ya qanunsuzdur", - deyə o bildirib.

Müxalifətçi tərəfdarlarını bu gün axşam mitinq üçün yenidən toplaşmağa çağırıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO