“Nə üçün delimitasiya komissiyasında ermənilərin sayı 2 dəfə azdır?” - İrəvandan RƏSMİ CAVAB

“Nə üçün delimitasiya komissiyasında ermənilərin sayı 2 dəfə azdır?” - İrəvandan RƏSMİ CAVAB

Hazırda oxunan: “Nə üçün delimitasiya komissiyasında ermənilərin sayı 2 dəfə azdır?” - İrəvandan RƏSMİ CAVAB

77379

“Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyada tərəflərin nümayəndələrinin sayı ciddi rol oynamır”. 

Bizim.Media xəbər verir ki, bu fikri Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətin iclasından sonra jurnalistlərin “Nə üçün komissiyada Ermənistan nümayəndələri qarşı tərəfdən (Azərbaycan nəzərdə tutulur) iki dəfə azdır?” sualına cavab verərkən səsləndirib.

Onun sözlərinə görə, komissiya üzvləri mütəxəssislərlə müxtəlif formatlarda məsələləri müzakirə edirlər:

"İşçi qrup danışıqlara başlamazdan əvvəl hazırlaşır. Qrupa nazir müavini daxildirsə, bu, idarənin əməkdaşlarının hazırlıq iclasında iştirak etməməsi demək deyil. Tərkib baxımından heç bir problem görmürəm", - deyə Qriqoryan bildirib.
Moskvada keçiriləcək ikinci görüşə gəlincə, təbii ki, orada sərhədin delimitasiyası ilə bağlı məsələlər müzakirə olunacaq.

"Bu, birinci görüşün davamı olacaq. İşçi qruplar bu məsələdə irəliləyişin necə olacağını müzakirə edəcəklər", - Ermənistan Təhlükəsizlik Şurasının katibi izah edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO