Bazar günü, mayın 29-da xarici ölkə vətəndaşı Ermənistanın paytaxtı İrəvan şəhərində çoxmərtəbəli binanın 8-ci mərtəbəsindən tullanmaqla hədələyib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Shamshyan” nəşri yayıb.
Mənbə yazır ki, həmin şəxs öz ölkəsinin səfiri ilə görüş tələb edib və külli miqdarda pul səpələyib.
Səfirliyin nümayəndələri hadisə yerinə gəldikdən sonra onunla danışıqlara başlanılıb.
Polis bildirir ki, əcnəbi ümumilikdə 6 min dollar və bir qol saatını eyvandan atıb. Nəşr onun hansı ölkə vətəndaşı olduğunu açıqlamır.
Bizim.Media
- A-
- A
- A+
Region
10:44 / 30.05.2022
İrəvanda əcnəbi aləmi bir-birinə qatdı: 6 min dollar, qol saatı... - FOTO
Hazırda oxunan: İrəvanda əcnəbi aləmi bir-birinə qatdı: 6 min dollar, qol saatı... - FOTO
Hazırda oxunan: İrəvanda əcnəbi aləmi bir-birinə qatdı: 6 min dollar, qol saatı... - FOTO
76801
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.