Riçard Kirakosyan - “Ermənistan məhdud diplomatik kapitalını faydasız işlərə xərcləyir”

Riçard Kirakosyan - “Ermənistan məhdud diplomatik kapitalını faydasız işlərə xərcləyir”

Hazırda oxunan: Riçard Kirakosyan - “Ermənistan məhdud diplomatik kapitalını faydasız işlərə xərcləyir”

7614

“Ermənistan məhdud diplomatik kapitalını faydasız işlərə xərcləyir”.

Bizim.Media xəbər verir ki, bunu Yerevanda yerləşən Regional Tədqiqatlar Mərkəzinin direktoru Riçard Kirakosyan öz tvitter hesabında etdiyi paylaşımda bildirib.

Məlumata əsasən, Ermənistan Xarici İşlər Nazirliyinin tvitter səhifəsində Ara Ayvazian və qondarma rejimin yeni təyin olunmuş xarici işlər naziri David Babayanla görüşü haqqında məlumat paylaşılıb. Riçard Kirakosyan isə Nazirliyinin paylaşımına reaksiya verib:

“Üzr istəyirəm, lakin Ermənistanın getdikcə faydasız hədəflərə əsaslanan xarici siyasət yürütməsi məhdud diplomatik kapitalın yayındırılmasıdır. Fürsətlər itirilmədən əvvəl yenidən işlənmiş strategiyanı nəzərdən keçirməyin vaxtıdır”, -deyə Kirakosyan qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO