Bakı erməni əsgərini İrəvana təhvil verəcək

Bakı erməni əsgərini İrəvana təhvil verəcək

Hazırda oxunan: Bakı erməni əsgərini İrəvana təhvil verəcək

76132

Bu il aprelin 23-də Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan erməni əsgər Eduard Arturoviç Martirosov yaxın vaxtlarda Ermənistana təhvil veriləcək.

Bizim.Media xəbər verir ki, bu informasiyanı caliber.az öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, erməni əsgərin təhvil verilməsi prosesi Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə Ağdamda baş tutacaq.
Azərbaycan tərəfi araşdırmanın nəticələrinə əsasən müəyyən edib ki, Martirosov diversant olmayıb, Azərbaycan dövlətinə qarşı cinayətlərdə iştirak etməyib.

Bildirilir ki, o, həmin ərazidə oriyentasiyasını itirməsi nəticəsində Azərbaycan sərhədini keçib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO