“Moldovanın yeni rəhbərliyi dəfələrlə Rusiya qoşunlarının ərazilərdən çıxarılmasının zəruriliyini bəyan edib. Bu bəyanatda yeni heç nə yoxdur, xüsusən ona görə ki, artıq dəfələrlə səslənib”.
Bu fikirləri Bizim.Media-ya açıqlama verən “Avrasiya İdeyaları Emalatxanası” Fondunun Ekspert Şurasının sədri Qriqori Tromfimçuk deyib.
Moldova prezidenti Maya Sandunun rus əsgərlərinin Dnestryanıdən çıxması bəyanatını “əhəmiyyətsiz” adlandıran ekspert bildirib ki, Moskvanın belə addım atacağını düşünmür:
MÖVZU İLƏ BAĞLI:
Trofimçuk: “Bakının tələblərinin hüquqi əsası var və Moskva bundan xəbərdardır” - EKSKLÜZİV
“Keçmiş sovet məkanının bu hissəsində vəziyyət dəfələrlə pisləşib. Kollektiv Qərb, xüsusən də Avropa İttifaqı bu sarsıntılı vəziyyətdə nə edəcəyini anlamır və ümumiyyətlə, bizim orada olmağımız Transdinyester üçün faydalıdır”.
Rusiyanın Maya Sanduya verəcəyi cavabla bağlı ekspert qeyd edib ki, Rusiya heç bir cavab verməyə tələsmir:
“Lakin bütün bunlar Transdinyester ətrafında sülhün qorunub saxlanacağı anlamına gəlmir. Rusiya Federasiyası bu istiqamətdə gözləyə bildiyi qədər gözləyəcək.
Ümumiyyətlə, mən Moldovadakı mühiti qeyri-sabit kimi təsvir edərdim. Yerigəlmişkən, Transdnyesterin paytaxtı olan Tiraspolun özü də lazımi siyasi addımlar atmaq üçün bir çox imkanları əldən verib. Onların nəyə ümid etdiyi bəlli deyil”.
Leyla Şah, Bizim.Media