"Rusiya hökuməti ölkəmizin məsləhətçi köməyi ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılmasının tərəfdarıdır".
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O, sərhəddə sabitliyin və təhlükəsizliyin səviyyəsini artırmaq üçün bir slra addımlar atılmalı olduğunu deyib.
"Bu məsələ Düşənbədə Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə müzakirə olunub.
Tərəflər milli nümayəndə heyətlərinin formalaşdırılmasını başa çatdırmaq üzrə olduqlarını bildiriblər.
Rusiya artıq öz ekspert qrupunu formalaşdırıb", - deyə M.Zaxarova əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Region
22:40 / 18.05.2022
Rusiya Azərbaycan-Ermənistan sərhədi ilə bağlı EKSPERT QRUPU YARATDI
Hazırda oxunan: Rusiya Azərbaycan-Ermənistan sərhədi ilə bağlı EKSPERT QRUPU YARATDI
Hazırda oxunan: Rusiya Azərbaycan-Ermənistan sərhədi ilə bağlı EKSPERT QRUPU YARATDI
75081
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.