“Nikolu niyə saxlamırsınız, o, 5 min oğlanı öldürüb” – Müharibədə həlak olan əsgərin atası

“Nikolu niyə saxlamırsınız, o, 5 min oğlanı öldürüb” – Müharibədə həlak olan əsgərin atası

Hazırda oxunan: “Nikolu niyə saxlamırsınız, o, 5 min oğlanı öldürüb” – Müharibədə həlak olan əsgərin atası

74982

Ermənistan İstintaq Komitəsinin Kriminalistika İdarəsinin rəisi Rafael Vardanyan 44 günlük müharibədə həlak olan və İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin binası qarşısında etiraz aksiyası keçirən hərbçilərin valideynləri ilə görüşüb. 

Bizim.Media “aysor.am”a istinadən xatırladır ki, 44 günlük müharibənin iştirakçısı Mxitar Qaleyanın atası Qarik Qaleyan yüksək rütbəli zabitin qanuni tələbinə tabe olmadığı üçün saxlanılıb.

Rafael Vardanyan qeyd edib ki, Qaleyanın həbs qərarından apellyasiya şikayəti verə biləcək vəkilləri var və həbs qətimkan tədbirinin seçilməsi qərara alınarsa, o zaman məhkəmədə əks arqumentlər təqdim olunacaq. 

Mənbə qeyd edib ki, bu sözlərdən sonra valideynlər qəzəblənib.

“Hansı məhkəmə? Nə haqqında danışırsan? Niyə Nikolu nəzarətə götürmürsünüz,  o, 5000 oğlanı öldürüb? – deyə ölən əsgərlərin valideynləri bildiriblər.

Bundan sonra vəziyyət gərginləşib, Rafael Vardanyan ərazini tərk etmək məcburiyyətində qalıb. Vardanyanın “Bizimlə təhdid dilində danışmayın” deyərək valideynlərə səslənməsi onları daha da qəzəbləndirib. 
“Bəli, Rafo, Qarikin buraxılması üçün biz hədələyirik” deyə cavab veriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO