İran təbii qazın Azərbaycana ixracı üçün lazımi tədbirlər görəcək.
Bizim.Media “mehrnews”a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Qaz Şirkətinin (NIGC) sədri Məcid Çeqini Tehranda keçirilən mətbuat kofransında bildirib.
“İran digər ölkələrlə qaz ticarətinin bərpası üçün lazımi səyləri göstərəcək, qazın qonşu ölkələrə, o cümlədən Türkiyə, İraqa da ixracı üçün lazımi tədbirlər görəcək” – deyə Çeqini qeyd edib.
Onun sözlərinə görə, Türkiyə və İraqa qaz ixracına dair müqavilənin uzadılması üçün danışıqlar aparılır, hər iki ölkə qaz ixracının artırılmasını tələb edir:
“Biz Türkiyə ilə danışıqlar aparırıq, onlar müqavilənin uzadılmasında maraqlıdırlar və İrandan qaz idxalı imkanlarının artırılmasını tələb edirlər".
“Mövcud imkanları nəzərə alaraq, potensialın artırılması üçün bütün səylərimizi göstərəcəyik”, - deyə sədr əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Region
09:38 / 16.05.2022
İran təbii qazın Azərbaycana ixracı üçün hərəkətə keçir - İşçi qrupu yaradıldı
Hazırda oxunan: İran təbii qazın Azərbaycana ixracı üçün hərəkətə keçir - İşçi qrupu yaradıldı
Hazırda oxunan: İran təbii qazın Azərbaycana ixracı üçün hərəkətə keçir - İşçi qrupu yaradıldı
74499
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.