Rövşən Əsgərov Rusiyanı tərk etmə səbəbini açıqladı: “Ö ölkədə yaşamaq...” - VİDEO

Rövşən Əsgərov Rusiyanı tərk etmə səbəbini açıqladı: “Ö ölkədə yaşamaq...” - VİDEO

Hazırda oxunan: Rövşən Əsgərov Rusiyanı tərk etmə səbəbini açıqladı: “Ö ölkədə yaşamaq...” - VİDEO

74014

Xəbər verdiyimiz kimi, Rusiya Daxili İşlər Nazirliyi “Nə? Harada? Nə vaxt?” televiziya oyununun azərbaycanlı iştirakçısı, jurnalist Rövşən Əsgərovu axtarışa verib. Bundan əvvəl Rusiya İstintaq Komitəsi ona qarşı nasizmin reabilitasiyasına görə cinayət işi açmışdı.

Müəyyən edilib ki, 50 yaşlı Rövşən Əsgərov aprelin 6-dan sosial şəbəkədə Sovet İttifaqı marşalı Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan məlumat yayıb.

O, generalı təcrübəli qarətçi və oğru adlandırıb, Almaniyadan qənimətləri şəxsi istifadə üçün çıxarmaqda ittiham edib. Post sonradan silinib. 

İqra televiziyanın əməkdaşı Viktoriya Selivanova Rövşən Əsgərovun “Nə? Harada? Nə vaxt?” oyununda iştirak etmədiyini və Rusiyanı çoxdan tərk etdiyini deyib.

Bizim.Media xəbər verir ki, Rövşən Əsgərov Youtube-da yayımlanan “Euro TV” vasitəsilə Rusiyanı hansı səbəbdən tərk etdiyinin səbəblərini açıqlayıb. 

“Mənim indi Moskvaya qayıtmaq fikrim yoxdur, çünki bu ölkə elə hərəkət edib ki, mən ona doğma kimi baxa bilmərəm. Təsəvvür edin ki, orada yaşayırsınız və bir nənəniz var. O, sizi yedizdirib-içizdirir və bir gün baltanı götürür, hər şeyi dağıtmağa və sizin arxanızca qaçmağa başlayır. Siz isə qaçırsınız”, - deyə o, qeyd edib.
Rövşən Əsgərov Moskvanın küçələrində səslənən faşist şüarlarından da söz açıb:

“Təbii ki, belə şeylər dəhşətdir. O ölkədə yaşamaq mümkün deyil”.

Qeyd edək ki, Rövşən Əsgərov “Sport-Ekspress” qəzetində köşə yazarı, NTV-də müxbir işləyib. 2009-cu ildən “Baku” jurnalının PR direktorudur. "Nə? Harada? Nə vaxt?" yarışında 30 ildən çoxdur ki, iştirak edir. 2001-ci ildə "Büllur Bayquş" nominasiyasını alıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO