“Seyran Ohanyan əsgərləri atıb Şuşadan qaçdı” - Müharibə iştirakçısı

“Seyran Ohanyan əsgərləri atıb Şuşadan qaçdı” - Müharibə iştirakçısı

Hazırda oxunan: “Seyran Ohanyan əsgərləri atıb Şuşadan qaçdı” - Müharibə iştirakçısı

73664

Rəsmi İrəvan 44 günlük müharibədə Ermənistan ordusunun dağıdıcı məğlubiyyətinin səbəblərini araşdırır.

Ermənistan baş nazirinin keçmiş müavini Tiqran Avinyanın aparatının rəhbəri, müharibə iştirakçısı Serj Varaq Siseryan “Radar Armenia” telekanalına müsahibəsində müharibə günlərində Ermənistan ordusunda baş verən xaosdan danışıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya erməni mətbuatında yer alıb.

“O günlərdə təkcə Şuşada deyil, ümumiyyətlə, vəziyyət anlaşılmaz idi. Müxtəlif yerlərdən yanlış məlumatlar ötürülürdü. Məncə, Onik Qasparyanın rəhbərlik etdiyi Baş Qərargah hökumətə ya yanlış, ya da natamam məlumat verirdi. Hansı məqsədlə, bilmirəm. İrəvana məlumat verilirdi ki, hər şey qaydasındadır, əslində isə hər şey tamamilə başqa cür idi.



Fərarilərin sayı artmışdı, lakin nədənsə bu məlumat rəsmi orqanlara tam ötürülmürdi. Eyni vəziyyət Şuşada da var idi. Noyabrın 5-6-da şəhərdə bir neçə əsgər və könüllü qalmışdı”, deyə o, qeyd edib.
“Ermənistan ordusu Şuşanı niyə saxlaya bilmədi?” sualına Siseryan keçmiş müdafiə naziri Seyran Ohanyana müraciət etməyi məsləhət görüb:

“Bu sualı o vaxt Şuşanın müdafiəsinə komandir təyin edilmiş Seyran Ohanyana vermək düzgün olardı. Soruşmaq lazımdır ki, niyə noyabrın 5-də axşam saatlarında Şuşada yerləşən dəstələrə belə xəbər vermədən qaçıb? Komandanlıqla əlaqəmiz çox anlaşılmaz və qəribə şəkildə bitdi, nəticədə 20-30 nəfərlə qaldıq. Düşünürəm ki, gün gələcək, Seyran Ohanyan Şuşada qoyub qaçdığı əsgər və könüllülərin suallarını cavablandıracaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO