Azərbaycanlılar Zəngəzurda erməni əsgərini oğurlayıb? - Qafan meri açıqlama verdi

Azərbaycanlılar Zəngəzurda erməni əsgərini oğurlayıb? - Qafan meri açıqlama verdi

Hazırda oxunan: Azərbaycanlılar Zəngəzurda erməni əsgərini oğurlayıb? - Qafan meri açıqlama verdi

7363

Ermənistanın Sünik vilayətinin Qafan şəhərinin meri Gevork Parsyan David bəy kəndinin yaxınlığında azərbaycanlıların erməni əsgərini oğurladıqları barədə məlumatları təkzib edib.

Bizim.Media bu barədə məlumatı erməni mediası yayıb.
 


MÖVZU İLƏ BAĞLI:

Bu ərazi də Azərbaycanın nəzarətinə keçdi - 3 kənd blokadada qaldı
 


Mediaport Telegram kanalı iddia edir ki, guya erməni əsgər sərhəd məntəqəsində azərbaycanlılar tərəfindən oğurlanıb.

"Biz bu informasiyalarla tanışıq. Dezinformasiyadır, heç kimi oğurlamayıblar", -deyə Qafanın meri Sputnik Ermənistan agentliyinə bildirib.

Xatırladaq ki, 2-ci Qarabağ savaşında Azərbaycan erməni işğalında olan torpaqlarını geri qaytarıb. Bunun ardınca Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyası prosesi başlayıb. Bu da Sünikdəki sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin narazılığına səbəb olub. Orada etiraz aksiyaları başlanıb, vətəndaşlar yolları bağlayıblar, qanunsuz demarkasiya problemini həll etməyi tələb ediblər. Qafan-Qorus yolunda, həmçinin bir neçə kənddə, o cümlədən David bəy və Şurnuxuda vəziyyət daha da gərginləşib.

Dekabrın 18-də Ermənistanın Baş naziri Nikol Paşinyan Sünikdəki vəziyyəti şərh edərkən bildirib ki, respublika beynəlxalq səviyyədə tanınmış sərhədlərə qayıdır. Hökumət başçısının sözlərinə görə, bütün bunlar ölkənin cənub bölgəsinin təhlükəsizliyinin təmin edilməsi üçün edilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO