Türkiyədən qlobal təhlükə XƏBƏRDARLIĞI

Türkiyədən qlobal təhlükə XƏBƏRDARLIĞI

Hazırda oxunan: Türkiyədən qlobal təhlükə XƏBƏRDARLIĞI

73589

“Terror zəhərli sarmaşıq kimi Avropanı bürüyüb”.

Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun İsveçrənin Bazel şəhərində PKK terror təşkilatı tərəfdarlarının "23 Aprel Beynəlxalq Uşaq Festivalı"nı hədəf alan hücumu ilə bağlı sosial media hesabına paylaşım edib.
 

MÖVZU İLƏ BAĞLI:

“Dünənə qədər Türkiyəyə barmaq silkələyənlər, indi təriflər yağdırır” - Fəxrəddin Altun 


O, illərdir körpələri, uşaqları öldürərək və ya qaçıraraq ailələrindən qoparan PKK terror təşkilatının bu dəfə İsveçrədə keçirilən uşaq festivalına hücum etməsinin qanlı terror təşkilatının əsl simasıyla yanaşı İsveçrə üçün yaratdığı təhlükəni də ortaya qoyduğunu qeyd edib.

Fəxrəddin Altun PKK-nın İsveçrədə varlığını, terrorun zəhərli sarmaşıq kimi Avropanı bürüdüyünü və bu qlobal təhlükəyə qarşı çoxşaxəli mübarizənin zəruriliyini bir daha nümayiş etdirib:

“Terrorçulara, terrora qarşı ayrı-seçkilik etmədən qətiyyətli və effektiv mübarizə aparan Türkiyə digər ölkələrdən də eyni şəkildə qlobal terrora qarşı lazımi güclü mübarizə, real əməkdaşlıq, eləcə də səmimi həmrəylik görməyi gözləyir”, - deyə Fəxrəddin Altun bildirib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO