Paşinyanın korteji tərəfindən öldürülən hamilə qadın Qarabağda layihə rəhbəri olub – DETALLAR

Paşinyanın korteji tərəfindən öldürülən hamilə qadın Qarabağda layihə rəhbəri olub – DETALLAR

Hazırda oxunan: Paşinyanın korteji tərəfindən öldürülən hamilə qadın Qarabağda layihə rəhbəri olub – DETALLAR

71696

Ötən gün İrəvanda polis maşını tərəfindən vurulan hamilə qadının kimliyi məlum olub. Bu, Qarabağdakı qondarma rejim üçün hazırlanan “Qanad” IT layihəsinin rəhbəri, 29 yaşlı Sona Mnatsakanyandır. 

Bizim.Media xəbər verir ki, bu barədə qadının işlədiyi “Qəhrəmanlarımıza dəstək - Ermənistan” təşkilatı məlumat yayıb.

Mənbə qadının Paşinyanın kortejində olan bir avtomobil tərəfindən vurulduğunu yazıb. Qeyd edilib ki, həmin vaxt o avtomobili baş nazir idarə etməyib.

Xatırladaq ki, aprelin 26-da Paronyan və Leo küçələrinin kəsişməsində baş verən dəhşətli qəza 29 yaşlı hamilə qadının həyatına son qoyub. Qadını baş nazir Paşinyanın kortejinin bir hissəsi olan polis maşını vurub. Toqquşmadan sonra kortej dayanmayıb və yoluna davam edib.

İnsidentdən bir neçə saatdan sonra baş nazirin kabinetindən “Nikol Paşinyan maşın sürmür” ifadəsi mediaya sızıb.

Jurnalistlər hadisə ilə bağlı şərh almağa çalışsalar da, hökumətin mətbuat xidməti əlavə edəcək informasiyanın olmadığını bildirib.

Kortej tərəfindən vurulan Sona Mnatsakanyan Artaşat rayonunun Berkanuş kəndində dünyaya gəlib. O, evli olub və İrəvanda yaşayırmış. İlk övladını gözləyən Sona 1 iyun 1993-cü ildə anadan olub.

Hadisə isə İrəvanda qeydə alınıb. Polisin mətbuat xidmətindən verilən məlumata görə, qəza dünən saat 18.30 radələrində Leo-Paronyan küçələrinin kəsişməsində baş verib. İlkin məlumata görə, qadını həmin an xidməti məqsədlər üçün istifadə edilən “Toyota” markalı polis maşını vurub.
Zərərçəkən “Nairi” tibb mərkəzinə yerləşdirilib. Hadisə şahidlərinin sözlərinə görə, qadın hamilə olub.

Tibb mərkəzindən “Sputnik Ermənistan”a bildiriblər ki, polis maşınının vurduğu qadın ölüb. Həkimlər onu və körpəni xilas edə bilməyiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO