Ermənistanda daha bir korrupsiya qalmaqalı: Hərbçilər həbs olundu

Ermənistanda daha bir korrupsiya qalmaqalı: Hərbçilər həbs olundu

Hazırda oxunan: Ermənistanda daha bir korrupsiya qalmaqalı: Hərbçilər həbs olundu

71528

Ermənistanın hüquq-mühafizə orqanları ordunun ehtiyacları üçün çadırların alınmasında sui-istifadə və dələduzluqla məşğul olan yüksək rütbəli hərbçiləri həbs edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Baş Prokurorluğun dərc etdiyi işin materiallarına görə, Ermənistan Müdafiə Nazirliyinin vəzifəli şəxsləri “Satınalma haqqında” qanunu pozublar və xüsusi və ya müstəsna hüququn olmadığı halda (satınalma rejimi silahların və hərbi texnikanın təcili satın alınmasına şamil edilir) tenderin keçirilməsi tələbindən yan keçərək satınalma prosedurunu bir şəxs tərəfindən həyata keçiriblər.

“Nəticədə K.R. tərəfindən 2021-ci ilin avqust ayında 4,8 milyon dram (10 000 dollardan çox) dəyərində altı UST-56 çadırı alınıb.

Bundan başqa, məlum olub ki, ötən ilin may ayında həmin məsul şəxslər məhsulun xarakteristikasını müəyyən edilmiş qaydada təqdim etmədən, tender açıqlamadan bir şirkətdən ümumi dəyəri 7,6 milyon dram (təxminən 16,5 min ABŞ dolları) olan şişirdilmiş qiymətlərlə 261 ədəd çadır alıblar, bununla da büdcəyə böyük ziyan vurublar.

Mövcud məlumatlara əsasən, 2021-ci ilin dekabrında Silahlı Qüvvələrin Baş Qərargahının maddi-texniki təminat idarəsinin geyim xidmətinin rəisi, polkovnik A.T.-yə, o cümlədən hərbi hissələrdən birinin maddi-texniki təminat üzrə komandir müavini, polkovnik A.K-ya qarşı ittiham irəli sürülüb. Onlar həbs edilərək vəzifələrindən uzaqlaşdırılıblar.

Daha sonra həmin bölmənin geyim xidmətinin rəisi T.P.-yə və digər iki nəfərə qarşı ittiham irəli sürülüb. Onlar barəsində yaşadıqları ərazini tərk etməmək qərarı verilib.

Baş Prokurorluq xəbər verir ki, bu il martın 23-də ümumi yurisdiksiya məhkəməsi polkovnik A.T.-nin həbs müddətinin uzadılması ilə bağlı istintaqın vəsatətini təmin etməyib.

Buna cavab olaraq prokurorluq yuxarı instansiyaya apellyasiya şikayəti verib və aprelin 22-də şikayət təmin edib”, - məlumatda deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO