“Bakıya getmək fikrindən daşınmazsa...” - Ermənilər ABŞ-ın səfirini qovmaq istəyirlər

“Bakıya getmək fikrindən daşınmazsa...” - Ermənilər ABŞ-ın səfirini qovmaq istəyirlər

Hazırda oxunan: “Bakıya getmək fikrindən daşınmazsa...” - Ermənilər ABŞ-ın səfirini qovmaq istəyirlər

71478

“ABŞ-ın Ermənistandakı səfiri Bakıya səfəri ilə əlaqədar “persona non-qrata” kimi tanınmalı və ölkədən qovulmalıdır”. 

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Kazaryan öz Facebook səhifəsində yazıb.

“ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Lin Treysinin 2022-ci il aprelin 27-28-də keçiriləcək ABŞ regional missiyaları rəhbərlərinin konfransında iştirak etmək üçün Bakıya gedəcəyi ilə bağlı məlumat rəsmən təsdiqlənib. 

Səfirlikdən verilən məlumata görə, belə konfranslar mütəmadi olaraq keçirilir və ev sahibi ölkə rotasiya qaydasında dəyişir.

Heç bir halda bu bəyanat qəbul edilməməlidir, çünki təşkilatçılar konfrans üçün yer seçərkən region ölkələri arasında mövcud əlaqələri nəzərə almağa borclu idilər. Ermənistanda akkreditə olunmuş diplomatik nümayəndəliyin rəhbəri qəbul edən ölkədəki vəziyyəti nəzərə almalı və onun maraqlarına hörmət etməlidir.
Öz missiyası sayəsində səfir Ermənistanın bir çox yüksək vəzifəli şəxsləri tərəfindən qəbul edilib, sərhədyanı rayonlara səfər edib, ona görə də düşmən ölkəyə səfəri böyük risklərlə doludur.

Bu, səfirin persona non-qrata kimi tanınması üçün əsasdır.

Səfir Lin Treysi Bakıya getmək fikrindən daşınmazsa, qayıtdıqdan sonra Ermənistan tərəfindən persona non qrata kimi tanınmalı və ona ölkəni tərk etmək üçün maksimum 72 saat vaxt verilməlidir”, deyə Edqar Kazaryan qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO