Ermənistan telekanalları Paşinyanın Yeni il müraciətini yaymadılar

Ermənistan telekanalları Paşinyanın Yeni il müraciətini yaymadılar

Hazırda oxunan: Ermənistan telekanalları Paşinyanın Yeni il müraciətini yaymadılar

7142

Ermənistanın Televiziya və radio üzrə Milli Komissiyasının sədri baş nazir Nikol Paşinyanın Yeni il nitqini bəzi telekanalların yayımlamamasına münasibət bildirib.

Bizim.Media "Sputnik Armenia"ya istinadən xəbər verir ki, müstəqillik illəri ərzində Ermənistanda belə hadisə ilk dəfə idi ki, yaşanırdı.

 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər yeni ilə matəmlə, Paşinyana lənət yağdıraraq girdilər - VİDEO



Paşinyanın çıxışını "Erkir media", "5-ci kanal", "Armnyus" və "Ermənistanın 2-ci telekanalı" baykot edib.

Komissiyanın sədri Tiqran Akopyan bu situasiyanın diqqətdən kənar qalmadığını və sosial şəbəkələrdə qınaq obyektinə çevrildiyini deyib.

"Baş nazirin çıxışını efirə verib, verməmək şəxsi işləridir, amma problem mənəvi-etnik məsələlər, dövlətçiliyin qorunmasındadır. Qanunla baş nazirin çıxışı verilməsə də, saat 00.00-da heç olmasa Ermənistanın himni səsləndirilməlidir"

Xatırladaq ki, Paşinyanın koronavirusla bağlı 17 aprel müraciəti də bir gün sonra məzhəkəyə qoyulmuş və Nikol gülüş hədəfinə çevrilmişdi.

Onu deyək ki, Ermənistan müxalifəti hələ də Paşinyanın istefasını tələb edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO