Federal Təhlükəsizlik Xidməti (FTX) rusiyalı telejurnalist Vladimir Solovyova qarşı sui-qəsdin qarşısını alıb.
Bizim.Media xəbər verir ki, bu fikirləri ilk dəfə Rusiya prezidenti Vladimir Putin Baş Prokurorluğun genişləndirilmiş kollegiya iclasında səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Putin: “Rusiyada terror aktının qarşısı alınıb” – VİDEO
FTX daha sonra jurnalistə qarşı sui-qəsdin planlaşdırıldığını təsdiqləyib.
Sui-qəsd cəhdinə görə saxlanılan şəxslərdən 8 ədəd Molotov kokteyli, PUA, tapança, narkotik vasitə və saxta Ukrayna pasportları aşkar edilib.
Qeyd edək ki, jurnalist kimi fəaliyyət göstərən V.Solovyov “Rossiya 1” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” analitik proqramının müəllifi və aparıcısıdır.
Bizim.Media