Rusiya yeni S-500 raket sistemlərinin istehsalına başladı – VİDEO

Rusiya yeni S-500 raket sistemlərinin istehsalına başladı – VİDEO

Hazırda oxunan: Rusiya yeni S-500 raket sistemlərinin istehsalına başladı – VİDEO

71330

Rusiyada S-500 hava hücumundan müdafiə sistemi “Prometey”in seriya istehsalına başlanılıb.

Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, bu barədə informasiyanı “Almaz-Antey” aerokosmik müdafiə konserninin baş direktoru Yan Novikov “Milli Müdafiə” jurnalına müsahibəsində danışıb.

O, qeyd edib ki, bu sistemin döyüş imkanları əvvəllər yaradılmış zenit-raket sistemlərinin və komplekslərinin imkanlarını xeyli üstələyir.
“S-500 Rusiya aerokosmik müdafiə sisteminin “aparıcı silahına” çevrilməyə qadirdir”, deyə o vurğulayıb. 

Baş direktor bildirib ki, S-500 dövlət sifarişi ilə müəyyən edilmiş vaxt çərçivəsində qoşunlara təhvil veriləcək.

“Bu, uzaq məsafəyə yüksək hündürlükdə uçan raket əleyhinə müdafiə kompleksidir. Məhvetmə radiusu təxminən 600 kilometrdir”, deyə Novikov əlavə edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO