İranın xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Mehdi Səfəri bu həftə ərzində Azərbaycana səfər edəcək.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi İranla əlaqələrə xüsusi önəm verir. Bununla əlaqədar tez-tez qarşılıqlı səfərlər baş tutur.
Səfir əlavə edib ki, növbəti ayda da qarşılıqlı səfərlər həyata keçiriləcək.
“Eyni zamanda növbəti ayda Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayevin İrana səfəri həyata keçirilə bilər. Bundan başqa may ayında İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının iclası Bakıda keçiriləcək.Bu iclasa İƏT-ə üzv ölkələrin parlamentlərinin sədrləri dəvət olunub. İran parlament sədri və nümayəndə heyətinin həmin iclasa yüksək səviyyədə qatılacağı gözlənilir”, - deyə o, qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Region
22:50 / 24.04.2022
İran xarici işlər nazirinin müavini Azərbaycana gələcək
Hazırda oxunan: İran xarici işlər nazirinin müavini Azərbaycana gələcək
Hazırda oxunan: İran xarici işlər nazirinin müavini Azərbaycana gələcək
71215
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.