“Spotify” Rusiyada fəaliyyətini tam dayandırdı

“Spotify” Rusiyada fəaliyyətini tam dayandırdı

Hazırda oxunan: “Spotify” Rusiyada fəaliyyətini tam dayandırdı

70252

Martın sonunda məşhur musiqi xidməti “Spotify” Rusiyada fəaliyyətini tamamilə dayandıracağını açıqlayıb.   

Bizim.Media xəbər verir ki, şirkət indi tətbiqi “App Store” və “Google Pay”dən silib.  

“Spotify”da musiqi dinləmək hətta pulsuz versiyada da belə mümkün olmayacaq.   

Xidmət qeyd edir ki, belə bir qərar saxta məlumatların yayılmasına görə cinayət məsuliyyəti haqqında qanunla əlaqədardır.   

“Bu, əməkdaşlarımızın və bəlkə də dinləyicilərimizin təhlükəsizliyini təhlükə altına qoyur. Mövcud variantları diqqətlə nəzərdən keçirdikdən sonra, mövcud şərtlərə əsaslanaraq, Rusiyada xidmətin tamamilə dayandırılması ilə bağlı çətin qərara gəldik. Bütün “Spotify” komandasına təşəkkür edirəm"- “Spotify”ın bəyanatında deyilib.  

Əvvəllər “Premium” abunəçilər üçün “Spotify” Rusiyada fəaliyyətini dayandırıb, lakin istifadəçilərin hələ də pulsuz versiyada dinləmək imkanı var idi.  

Xatırladaq ki, “Spotify” rəsmi olaraq Rusiya bazarında 2020-ci ilin yayında fəaliyyətə başlayıb və o vaxtdan bəri gəlirlərini bir neçə dəfə artırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO