Rəsmi Moskvadan erməni deputatların Qarabağa buraxılmamasına REAKSİYA

Rəsmi Moskvadan erməni deputatların Qarabağa buraxılmamasına REAKSİYA

Hazırda oxunan: Rəsmi Moskvadan erməni deputatların Qarabağa buraxılmamasına REAKSİYA

69657

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova erməni deputatların Rusiya sülhməramlıları tərəfindən Qarabağa buraxılmaması xəbərini şərh edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya Rusiya mətbuatında yer alıb.

“Rusiya sülhməramlı kontingenti  ciddi şəkildə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli Bəyanatının müddəalarına uyğun hərəkət edir.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni deputatlar Qarabağa buraxılmadı


Göstərilən səfər öncədən sülhməramlıların komandanlığı ilə razılaşdırılmayıb.

Hesab edirik ki, sülhməramlılarının hərəkətləri barədə deyilənlər həqiqətə uyğun deyil. İstər sülhməramlıların məsuliyyət zonasında, istərsə də Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində baş vermiş insidentləri nəzərə alaraq, hər iki tərəfin regionda vəziyyəti daha da gərginləşdirə biləcək addımlardan çəkinəcəyini gözləyirik”, deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO