Rusiyanın Mariupolda kimyəvi silahdan istifadəsi təsdiqini tapsa, nə baş verəcək? – Ekspertdən AÇIQLAMA

Rusiyanın Mariupolda kimyəvi silahdan istifadəsi təsdiqini tapsa, nə baş verəcək? – Ekspertdən AÇIQLAMA

Hazırda oxunan: Rusiyanın Mariupolda kimyəvi silahdan istifadəsi təsdiqini tapsa, nə baş verəcək? – Ekspertdən AÇIQLAMA

69284

Xəbər verdiyimiz kimi, Ukrayna mətbuatı Mariupolda rusların mühasirəsində qalan "Azov" alayına istinadla bildirib ki, Rusiya hərbi qüvvələri Mariupolda şəhərin müdafiəçiləri və mülki əhaliyə qarşı mənşəyi məlum olmayan zəhərli silahdan istifadə edib.

Hadisədən bir neçə saat əvvəl RİA Novosti-nin yaydığı məlumatda isə deyilir ki, qondarma "Donetsk Xalq Respublikası"nın milis qruplaşmalarının liderlərindən biri Eduard Basurinin dilindən "Mariupoldakı ukraynalı müdafiəçilərin "Azovstal" zavodunda tam mühasirəyə alınaraq, onlara qarşı kimyəvi silahdan istifadə edilməlidir" fikri səslənib. 
 

MÖVZU İLƏ BAĞLI:

Mariupolda rus tankları belə məhv edildi – VİDEO


Əgər Mariupolda kimyəvi silahdan istifadə məsələsi öz təsdiqini taparsa, proses nələrə gətirib çıxara bilər? 

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, kimyəvi silahdan istifadə təsdiqlənərsə, belə gedişlə, Moskva Ukraynada heç nəyə nail olmayacaq və onun məğlubiyyəti daha da sürətlənəcək:

“Proses göstərir ki, Rusiya Ukraynada hər bir vasitəyə əl atır. Bu mənada Rusiyanın Mariupolun müdafiəçilərinə qarşı kimyəvi silahdan istifadə etdiyi təsdiqini taparsa, söz ABŞ-ın olacaq. Prezident Co Bayden rəsmi olaraq bildirmişdi ki, Rusiya Ukraynaya qarşı qadağan olunmuş kimyəvi silahlardan istifadə etsə, ona qarşı sərt cavablar veriləcək.

Belədə gözləyirəm ki, Moskvaya qarşı ən sərt addımlar atılacaq. Rusiya etdiyi hərəkətinə görə bədəlini ödəməli olacaq. Bu ölkənin çöküşü bir az da sürətlənəcək.

Qərb Ukraynanın təhlükəsizliyi üçün bu ölkəyə silah verilişini daha da sürətləndirəcək. S-300-lər Ukraynanın təhlükəsizliyini təmin edəcək. Yaxın 100 km məsafədə hər hansı təyyarə və ya raketin hərəkət etməsi artıq qeyri-mümkündür”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO