Gürcüstanın yeni xarici işlər naziri bu şəxs oldu

Gürcüstanın yeni xarici işlər naziri bu şəxs oldu

Hazırda oxunan: Gürcüstanın yeni xarici işlər naziri bu şəxs oldu

67894

Gürcüstanın yeni xarici işlər naziri təyin olunub.

Bizim.Media xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün yeni nazir İlya Darçiaşvilini ictimaiyyətə təqdim edib.

Bildirib ki, İlya Darçiaşvili özəl və dövlət sektorunda çalışıb. Nazir müavini, ötən ilin martından isə Gürcüstanın hökumət administrasiyasının rəhbəri olub.

Diplomatik xidmətdə də çoxillik təcrübəsi olan İlya Darçiaşvili Gürcüstanın Polşada səfiri işləyib.

Qeyd edək ki, baş nazirin müavini, xarici işlər naziri David Zalkaliani bu gün vəzifəsindən istefa verib və ABŞ-a səfir təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO