Paşinyan rus sülhməramlılarından şikayət etdi: “Qarabağdakı hərəkətləri araşdırılsın”

Paşinyan rus sülhməramlılarından şikayət etdi: “Qarabağdakı hərəkətləri araşdırılsın”

Hazırda oxunan: Paşinyan rus sülhməramlılarından şikayət etdi: “Qarabağdakı hərəkətləri araşdırılsın”

67285

“Fərrux kəndi ətrafında yaranmış böhran müqavilələrin pozulması nəticəsində baş verib. Bölgədə gərginliyi azaltmaq üçün Rusiya sülhməramlı kontingentinin zəmanəti altında qoşunların güzgü formada çıxarılması (neytral zonanın yaradılması) barədə razılıq əldə olunub”.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Ermənistan tərəfi Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə bir neçə mövqelərini geri çəkib, lakin onların gözləri qarşısında Azərbaycan bölmələri sülhməramlılar zonasına daxil olub”, - Paşinyan Ermənistan hökumətinin iclasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan öz imzasına naxələf çıxdı: “Belə bənd yoxdur”


“Biz gözləyirik ki, Rusiya sülhməramlı kontingenti 10 noyabr 2020-ci il tarixli razılaşmaya uyğun olaraq Azərbaycan bölmələrinin öz məsuliyyət zonasından çıxarılması və status-kvonun bərpası üçün konkret addımlar atacaq. Biz həmçinin sülhməramlıların hərəkətlərinə və ya mümkün hərəkətsizliyinə müvafiq qiymət veriləcəyini gözləyirik”, - deyə Ermənistanın baş naziri bildirib.

Xatırladaq ki, 10 noyabr 2020-ci ildə İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında imzalanan sazişə görə “Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq yerləşdirilir”.
Rəsmi Bakının tələbi də məhz Qarabağdakı separatçı rejimin “silahlı qüvvələri”nin Azərbaycan ərazisindən çıxarılmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO