Rusiyanın son sutkadakı İTKİLƏRİ - 300 rus hərbçisi döyüşməkdən imtina etdi

Rusiyanın son sutkadakı İTKİLƏRİ - 300 rus hərbçisi döyüşməkdən imtina etdi

Hazırda oxunan: Rusiyanın son sutkadakı İTKİLƏRİ - 300 rus hərbçisi döyüşməkdən imtina etdi

65972

Ukrayna Müdafiə Nazirliyi cəbhə bölgəsindəki son durumla bağlı operativ informasiya yayıb. 

Bizim.Media xəbər verir ki, məlumata görə, son sutka ərzində müdafiə qüvvələrinin mövqeyində və hərəkətlərinin xarakterində ciddi dəyişiklik olmayıb.

“Buna baxmayaraq, qoşunlarımız ruslara zərbə endirməkdə davam edib və müəyyən ərazilərdə uğur qazanıb. Son 24 saatda qarşı tərəfin 1 təyyarəsi, 6 PUA-sı, 2 helikopteri, 14 tankı, 8 piyada döyüş maşını, 3 artilleriya sistemi, 300-ə yaxın canlı qüvvəsi məhv edilib.
 

MÖVZU İLƏ BAĞLI:

“Rusiya Ukraynada hər gün minlərlə əsgər itirir” - ABŞ mətbuatının İDDİASI


Həmçinin Hərbi Hava Qüvvələrimiz qarşı tərəfin şəxsi heyətinə və texnikasına sarsıdıcı zərbələr vurub. Son sutkada rus təyyarələrinin daha fəal hərəkəti müşahidə olunur”, - rəsmi məlumatda vurğulanıb.

Müdafiə Nazirliyindən qeyd olunub ki, Ukrayna ərazisindəki Rusiya qoşunlarının təminatı o qədər də yaxşı deyil:

“Ruslar Belarus Silahlı Qüvvələrini müharibəyə cəlb etməkdən ötrü aqressiv təbliğatı davam etdirirlər. Sumı vilayətinin Oxtırka rayonunda rus hərbçilərinin itaətsizlik faktları qeydə alınıb. 300-ə yaxın rus hərbçisi komandirlərinin tapşırıqlarını yerinə yetirməkdən imtina edib.

Onlar 70 texnika ilə əməliyyat zonasını tərk ediblər. Ruslar Donetsk və Luqansk istiqamətlərində irəliləmək və möhkəmlənmək cəhdlərini davam etdirir. Lakin bu səylər nəticəsiz qalır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO