Rusiya Ukraynanı Xəzərin Azərbaycana aid hissəsindən vura bilərmi? – Kiyevin iddialarına CAVAB 

Rusiya Ukraynanı Xəzərin Azərbaycana aid hissəsindən vura bilərmi? – Kiyevin iddialarına CAVAB 

Hazırda oxunan: Rusiya Ukraynanı Xəzərin Azərbaycana aid hissəsindən vura bilərmi? – Kiyevin iddialarına CAVAB 

65660

Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığının sözçüsü Yuri İqnatın açıqlamaları MDB məkanında geniş müzakirələrə səbəb olub. Belə ki, ordu rəsmisinin sözlərinə görə, Rusiya ordusu Ukraynaya raket hücumlarının bir qisiminin Xəzər dənizindən reallaşdırıldığını qeyd edib.

Bəs, Rusiyanın bu qədər geridən hücumlara başlamasının səbəbi nədir?

Bizim.Media-ya danışan hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, Rusiyanın “Kalibr” raketləri məhz dəniz platformalarından buraxılmaq üçün nəzərdə tutulub:
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya Ukraynanı Xəzər dənizindən bombalayırmı? - Ukrayna mediası


“Həmin dəniz platformaları da Xəzər dənizi akvatoriasında yerləşir və onların kifayət qədər mənzilə malik olması səbəbindən bu raketlər həm Suriyaya, həm də Ukraynaya Xəzərin Rusiyaya aid sularından buraxıla bilər. Bu həm də, Ukraynanın əlində olan silah sistemləri tərəfindən həmin gəmilərin məhv edilməsini sıfıra endirir”.

Ekspert Rusiyanın Azərbaycan və Qazaxıstan sularından Ukraynaya raketlər buraxmaq ehtimallarını da dəyərləndirib:

“Rusiyanın Azərbaycan və Qazaxıstan ərazi sularına daxil olaraq həmin raketləri tətbiq etməsinə dair hər hansı məlumat yoxdur.

Qazaxıstan barədə nə isə demək bizə düşməz, amma Azərbaycan öz ərazisindən hansısa bir ölkəyə, üçüncü tərəfə qarşı güc və ya silah tətbiq etmək üçün kiməsə icazə verməyib. Ona görə də, biz Azərbaycan ərazisindən Ukraynaya zərbə endirilməsi ehtimalının sıfıra bərabər olduğu qənaətindəyik”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO