İranda sutkada 119 nəfər vəfat etdi

İranda sutkada 119 nəfər vəfat etdi

Hazırda oxunan: İranda sutkada 119 nəfər vəfat etdi

6566

İranda ötən sutka ərzində 119 nəfər koronavirusdan (COVID 19) ölüb.

Bizim.Media xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 54 693 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 5 502 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 200 465 nəfərə çatıb. Virus daşıyıcılarından 5 212 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 951 860 nəfər koronavirusdan sağalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO