“Rusiya rəsmi Bakı və İrəvanın sülh müqaviləsinin imzalanmasına hazırlıq nümayiş etdirməsini alqışlayır”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova keçirilən brifinqdə bildirib.
MÖVZU İLƏ BAĞLI:
“ABŞ-ın Ukraynaya silah tədarükü sülh gətirməyəcək” - Zaxarova
"Bu danışıqlar prosesinə hərtərəfli dəstək göstərməyə hazır olduğumuzu bir daha təsdiq edirik. Sülh müqaviləsinin imzalanması vaxtına gəlincə, bu barədə danışmaq hələ tezdir” – deyə Zaxarova qeyd edib.
O bildirib ki, Rusiya bu prosesə kömək etməyə hazırdır.
Bizim.Media