Nazarbayev uzun fasilədən sonra siyasətə qayıtdı

Nazarbayev uzun fasilədən sonra siyasətə qayıtdı

Hazırda oxunan: Nazarbayev uzun fasilədən sonra siyasətə qayıtdı

64003

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev diplomatik forumda iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə gedib.  

Bizim.Media xəbər verir ki, bu barədə Nazarbayevin mətbuat katibi məlumat yayıb. 

Bildirilib ki, Nursultan Nazarbayev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə forumda iştirak etmək üçün Antalyaya gedib.  
 

MÖVZU İLƏ BAĞLI:

Nazarbayev Ərdoğanın dəvəti ilə Türkiyəyə getdi - FOTO


Akorda Sarayından verilən yazılı məlumatda isə bildirilir ki, Nursultan Nazarbayev sentyabrın 13-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə iqtisadiyyat, ticarət və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə edəcək və Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (YDSK) üçüncü iclasına sədrlik edəcək.  

Nazarbayevin səfər çərçivəsində türk iş dünyasının nümayəndələri ilə bir sıra görüşlər keçirəcəyi gözlənilir. 

Bu ilin əvvəlində Qazaxıstanda baş vermiş məlum olaylardan sonra Antalya tədbiri Nursultan Nazarbayevin belə böyük miqyasda ilk dəfə görüntülənməsidir.

Bəzi analitiklər bu hadisəni Nazarbayevin yenidən siyasi həyata qayıtması və dostluğa, ağsaqqala sədaqətin nümayişi kimi dəyərləndirirlər.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO