Türkiyədə 256 nəfər vəfat etdi

Türkiyədə 256 nəfər vəfat etdi

Hazırda oxunan: Türkiyədə 256 nəfər vəfat etdi

6392

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 256 nəfər ölüb. 

Bizim.Media-nın verdiyi xəbərə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda  simptomları müəyyən edilməyənlərlə birlikdə 17 453 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Bu gün sağalan xəstə sayı 19 371, ağır xəstə sayı isə 4702 nəfər olub. 

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 118 255 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 1 970 803 nəfər sağalıb, 19 371 nəfər isə ölüb.

F.Qoca bildirib ki, xəstə sayının azalması xəstəxanaların gərgin iş fəaliyyətinin yüngüləşməsinə səbəb olub. Nazir bu müsbət irəliləmənin yaxın günlərdə ölüm sayının azalmasına da təsir edəcəyini deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO