İrəvanda bir gecədə iki dəfə atışma: Kriminal avtoritet yaralandı

İrəvanda bir gecədə iki dəfə atışma: Kriminal avtoritet yaralandı

Hazırda oxunan: İrəvanda bir gecədə iki dəfə atışma: Kriminal avtoritet yaralandı

63671

İrəvanda bir gecədə iki dəfə atışma olub.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “news.am” saytı yayıb.

Əvvəl bildirildiyi kimi, saat 23:40 radələrində Astxik tibb mərkəzindən güllə yarası ilə bir gəncin çatdırılması barədə siqnal daxil olub. 

Polis bunun 26 yaşlı İrəvan sakini Andranik Nersisyan olduğunu müəyyən edib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının verdiyi məlumata görə, hadisə Andranik küçəsindəki 115 saylı evin girişində baş verib. Naməlum şəxs Nersisyana bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb.

8 giliz və 5 güllə, qan izləri və zədələnmiş “Mercedes” markalı avtomobil, onun salonunda da güllələr aşkar edilib. 

Faktla bağlı cinayət işi başlanıb. Mənbənin sözlərinə görə, zərərçəkmiş şəxs kriminal dairələrdə “Andulik zonasının qəyyumu” kimi tanınır. Versiyalardan birinə görə, söhbət qan düşmənçiliyindən (vendetta) gedir.

Shamshyan.com xəbər verir ki, gecə saat 2 radələrində həmin tibb məntəqəsindən başqa bir adamın gətirildiyi barədə siqnal daxil olub. Onun 50 yaşlı İrəvan sakini Arsen Sarkisyan olduğu üzə çıxıb.
Bu dəfə hadisə Moskovyan küçəsindəki ev 31-in həyətində baş verib. Naməlum şəxs Sarkisyana bir neçə dəfə atəş açıb. Hadisə yerindən patronlar, güllələr və qan izləri aşkar edilib. Saytın məlumatına görə, yaralı kriminal aləmdə tanınmış “qanuni oğru” “Malxas Jazz” klubunun və “Smokinq” restoran kompleksinin sahibi Armen Kanevskinin xaç oğludur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO