"Bergen" filminin nümayişi qadağan edildi

Hazırda oxunan: "Bergen" filminin nümayişi qadağan edildi

63555

Martın 4-dən Türkiyədə nümayiş olunmağa başlanan "Bergen" filmi Adanada göstərilməyəcək. 

Bizim Media xəbər verir ki, Adana Kozanda yayımlanması nəzərdə tutulan film Kozan Bələdiyyə başqanınin göstərişi ilə yayımdan qaldırılıb.

Bələdiyyə sədri Kazim Özgan: - "Araşdırdım. Filmdə şiddət səhnələri çoxdur. Ona görə də film kinoteatrlarda yayimlanmayacaq" - deyib. 

Amma filmin Adanada niyə qadağan olması tamaşaçılara bəllidir. Belə ki, 1989-cu ildə müğənni Bergeni qəddarcasına öldürən həyat yoldaşı Halis Sərbəst Adanada yaşayır və Kozanda adlı-sanlı iş adamlarından biridir.  

Xatırladaq ki, "Bergen" filminin kinoteatrlarda nümayişindən sonra yenidən fəallaşan Halis Sərbəst, televiziyaya verdiyi son açıqlamasında  həyat yoldaşı Bergeni qətlə yetirməsindən peşman olmadığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO