Ukraynanın 2037 hərbi obyekti məhv edilib - Rusiya MN

Ukraynanın 2037 hərbi obyekti məhv edilib - Rusiya MN

Hazırda oxunan: Ukraynanın 2037 hərbi obyekti məhv edilib - Rusiya MN

63262

LXR qoşunlarının qruplaşması Rusiya Silahlı Qüvvələrinin atəş dəstəyi ilə hücum əməliyyatlarını davam etdirərək Boquslavka-Telmaxovka-Kalınovka xəttinə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov açıqlama verib.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin bölmələri geniş cəbhədə hücum əməliyyatları aparır:

“Son 24 saat ərzində Priobrajenka, Komsomolski, Zaqornı, Dorojnyanka, Reşetilovski, Şevçenko, Çubarevka, Proletarski, Lyubimovka yaşayış məntəqələri nəzarətə götürülüb.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyadan Ukraynada sükut QƏRARI - 2 şəhərə aiddir


Donetsk Xalq Respublikasının (DXR) milislər Mariupol ətrafında mühasirəni gücləndirməkdə davam edir. “Azov” və “Aydar” milli batalyonlarının döyüşçüləri məktəblərdə, xəstəxanalarda, doğum evlərində və uşaq bağçalarında təchiz olunmuş mövqelərdən şəhərə daxil olan xalq milis hissələrini atəşə tutur”.

Bildirilib ki, son 24 saat ərzində uzaqmənzilli yüksək dəqiqlikli silah Jitomirdəki hərbi hissənin ərazisində “Javelin” və “NLOW” tank əleyhinə raket komplekslərinin saxlandığı sursat anbarını məhv edib.

Qeyd edilib ki, ümumilikdə əməliyyat zamanı Ukraynanın 2037 hərbi infrastruktur obyekti vurulub.

Onların arasında Ukrayna silahlı qüvvələrinin 71 idarəetmə məntəqəsi və rabitə mərkəzi, 98 hava hücumundan müdafiə raket sistemi S-300, Buk M-1 və Osa, həmçinin 61 radar stansiyası, 82 təyyarə, 708 tank və digər zirehli döyüş texnikası, 74 reaktiv yaylım atəşi sistemi, 261 səhra artilleriya və minaatan, 505 ədəd xüsusi təyinatlı hərbi texnika, həmçinin 56 pilotsuz uçuş aparatı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO