Ermənistan parlamenti iclasda respublikanın yeni prezidentini seçə bilməyib, hakim “Vətəndaş müqaviləsi” fraksiyası kifayət qədər səs toplaya bilməyib.
Bizim.Media "Sputnik Ermənistan" nəşrinə istinadən xəbər verir ki, bu haqda informasiyanı TASS agentliyinin müxbiri yayıb.
Dövlət başçısı vəzifəsinə yeganə namizəd, yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyan cəmi 69 deputatın səsini toplayıb.
"69 deputat Vaaqn Xaçaturyanın ölkə prezidenti vəzifəsinə seçilməsinə səs verib. Seçki baş tutmayıb, ikinci tur bu günə təyin edilib", - hesablama komissiyasının rəhbəri Narek Babayan bildirib.
Qeyd edək ki, prezidentin təsdiqlənməsi üçün 81 deputatın lehinə səs verməsi lazımdır.
Bizim.Media
- A-
- A
- A+
Region
10:35 / 03.03.2022
Ermənistan prezidentsiz qaldı - Parlament ilk turda Paşinyanın “adamı”nı seçə bilmədi
Hazırda oxunan: Ermənistan prezidentsiz qaldı - Parlament ilk turda Paşinyanın “adamı”nı seçə bilmədi
Hazırda oxunan: Ermənistan prezidentsiz qaldı - Parlament ilk turda Paşinyanın “adamı”nı seçə bilmədi
62897
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.