Rusiya nümayəndə heyəti ilə danışıqlarda iştirak edəcək Ukrayna nümayəndə heyətinin tərkibi açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyası məlumat yayıb.
Mənbə qeyd edir ki, Ukrayna-Belarus sərhədində keçirləcək danışıqlarda iştirak edəcək nümayəndə heyəti danışıqların keçiriləcəyi yerə vertolyotla çatıb.
MÖVZU İLƏ BAĞLI:
Ukrayna nümayəndə heyəti görüşə helikopterlərlə gəldi - VİDEO
"Nümayəndə heyətinə bu şəxslər daxildir: “Xalqın qulluqçusu” fraksiyasının sədri David Arahamiya, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov, Prezident Aparatının rəhbərinin müşaviri Mixailo Podolyak, Ukraynanın Üçtərəfli Təmas Qrupunda nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, deputat Rustem Umerov və Ukraynanın xarici işlər nazirinin müavini Mikola Toçitski", - məlumatda deyilir.
Danışıqların əsas mövzusunun dərhal atəşkəs elan edilməsi və qoşunların Ukraynadan çıxarılması olduğu vurğulanıb.
Bizim.Media