İrəvan məhkəməsi Paşinyanın tələbini rədd etdi

İrəvan məhkəməsi Paşinyanın tələbini rədd etdi

Hazırda oxunan: İrəvan məhkəməsi Paşinyanın tələbini rədd etdi

6193

İrəvanın ümumi yurisdiksiya məhkəməsi Ermənistan İstintaq Komitəsinin Gorus şəhərinin meri Aruş Aruşanyanın həbsi haqda tələbini rədd edib.

Bizim.Media xəbər verir ki,  bu haqda məlumatı merin vəkili Armen Melkonyan yayıb.
Onun sözlərinə görə, məhkəmə həbs üçün kifayət qədər əsas olmadığı üçün tələbi qəbul etməyib.

MÖVZU İLƏ BAĞLI:

Paşinyanı Gorusa buraxmayan mer azad edildi

Jurnalistlərlə söhbətində Aruşanyan məhkəmənin obyektivliyini qoruduğunu söyləyib:

“Əminəm ki, mənə qarşı açılan cinayət işi uydurulub”.

Xatırladaq ki, Gorus şəhərinin meri Aruş Aruşanyan Baş nazir Nikol Paşinyanın səfərinin qarşısını almaq üçün Sünik bölgəsi sakinlərini İrəvandan gələn magistral yolu bağlamağa çağırdıqdan dərhal sonra tutulub.

İstintaq Komitəsində “Sputnik Ermənistan”ın jurnalistinə bildirilib ki, merin barəsində hansı maddələrlə cinayət işinin başlanıldığı göstərilməyib. 

Aruşanyan İstintaq Komitəsinə aparılıb, lakin 22 dekabrda sərbəst buraxılıb. O, həbsini siyasi səbəblərdən təqib kimi izah edib.

Babək Göyüş, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO