Ərdoğandan Putinə xəbərdarlıq:

Ərdoğandan Putinə xəbərdarlıq: "Minsk razılaşmasına əməl edin" - TELEFON DANIŞIĞI

Hazırda oxunan: Ərdoğandan Putinə xəbərdarlıq: "Minsk razılaşmasına əməl edin" - TELEFON DANIŞIĞI

61540

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Bizim.Media Türkiyə Prezident Administrasiyasına istinadən xəbər verir ki, prezidentlər Ukrayna ətrafındakı gərginliyi müzakirə ediblər.

Türkiyə lideri Putinə bildirib ki, ölkəsi Ukraynada gərginliyin azaldılması və sülhün bərqərar olmasına töhfə verməyə hazırdır.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Ərdoğanla müzakirələr apardı - TELEFON DANIŞIĞI


O, Ukraynadakı vəziyyətin Minsk razılaşmaları əsasında həll edilməli olduğu deyib.

"Ukraynadakı hərbi münaqişə heç kimə sərfəli deyil, Türkiyə diplomatik təmasların və danışıqların davam etdirilməsinin tərəfdarıdır", - deyə Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti həmçinin qeyd edib ki, yaxın vaxtlarda Putinin Türkiyəyə səfərini gözləyir.

Oral Mədənçi, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO