“Rusiya və Azərbaycanın birliyi xarici siyasətimizin tam iflasıdır” – Erməni deputatın ETİRAFI

“Rusiya və Azərbaycanın birliyi xarici siyasətimizin tam iflasıdır” – Erməni deputatın ETİRAFI

Hazırda oxunan: “Rusiya və Azərbaycanın birliyi xarici siyasətimizin tam iflasıdır” – Erməni deputatın ETİRAFI

61513

Moskva və Bakının imzaladığı Müttəfiqlərin Əməkdaşlığı Bəyannaməsi Ermənistanın xarici siyasətinin tam iflasa uğramasının təzahürü idi. 

Bizim.Media “news.am” saytına istinadən xəbər verir ki, bu barədə fevralın 23-də parlamentdə keçirdiyi mətbuat konfransında “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan bildirib.

Onun sözlərinə görə, Ermənistan əslində yeni dostlar qazanmadan köhnə dostlarını itirib. 
“Rusiya ilə münasibətlər tamamilə iflasa uğrayıb və Ermənistan cəmiyyəti bu uğursuzluğu hər gün görür”, - Xaçatryan deyib.

Deputatın fikrincə, bu sənəd Ermənistanla Rusiya arasında münasibətlərdə nəyinsə səhv olduğunu göstərir:

“Eyni zamanda, İrəvanın Avropa ilə münasibətləri də yaxşı deyil. İndiki hökumət Qərbin 2,6 milyard avro məbləğində maliyyə yardımını tez-tez xatırlayaraq, onu erməni xalqına hədiyyə kimi təqdim edir. Əslində, söhbət yalnız beş ildən sonra yarana biləcək vəsaitlərdən gedir. Onsuz da bu vəsaitin də böyük hissəsi borc şəklində veriləcək", - Xaçatryan vurğulayıb.

O, həmçinin qeyd edib ki, İrəvanla Vaşinqton arasında da münasibətlərdə irəliləyiş yoxdur:

“Çinlə münasibətlər o qədər aşağı səviyyədədir ki, müharibə dövründə bu ölkənin təmsilçiliyi səfirliyin ikinci katibi səviyyəsində olub. İranla münasibətlər də yaxşı vəziyyətdə deyil. Üstəlik Belarus prezidenti Ermənistana qarşı təhqiramiz ifadələrə yol verir. Xarici İşlər Nazirliyi bəyan edir ki, Belarus prezidentinin apardığı təhlil qəbuledilməzdir, lakin bu, təhlil deyil, birbaşa təhqir idi”, - deyə deputat yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO