“Hər bir irqçi yeni terror aktlarını özü ilə gətirir” - Fəxrəddin Altun

“Hər bir irqçi yeni terror aktlarını özü ilə gətirir” - Fəxrəddin Altun

Hazırda oxunan: “Hər bir irqçi yeni terror aktlarını özü ilə gətirir” - Fəxrəddin Altun

61164

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi Hanau hadisəsinin ikinci ildönümü münasibətilə “Hanau qurbanları üçün ədalət axtarışı: Almaniyada radikal sağçı terror təhlükəsi” adı altında panel təşkil edilib.

Bizim.Media xəbər verir ki, panelə video mesaj göndərən Türkiyә Prezident Administrasiyasının Kommunikasiya İdarәsinin rәhbәri Fəxrəddin Altun başda Hanau hadisəsi olmaqla Almaniyada və dünyanın müxtəlif bölgələrində meydana gələn terror hücumlarının qurbanlarının xatirəsini ehtiramla yad edərək heç vaxt terrora boyun əyməyəcəklərini deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə Prezident Administrasiyası ermənilərin Qarabağdakı cinayətlərindən DANIŞDI


“Burada bütün almanların irqçi olduğuna dair hər hansı bir iddia irəli sürülmür. Məqsədimiz bir problemin aradan qaldırılmasının ilkin şərtinin onun varlığını qəbul etmək olduğuna inanaraq, Almaniya cəmiyyətinin bu gün üzləşdiyi çox ciddi bir problemə diqqəti cəlb etməkdir. Burada konstruktiv və həll yönümlü yanaşma nümayiş etdiririk.

Bütün məsələmiz ondan ibarətdir ki, milyonlarla türk onilliklər boyu yaşadıqları Almaniyada özlərini “potensial qurban” deyil, “bərabər fərdlər” kimi hiss etsinlər və qorxusuz, təhlükəsiz həyat sürə bilsinlər. Çünki dünyanın harasında olursa-olsun hər bir vətəndaşımızın problemi Türkiyə dövlətinin problemidir.

Problemi aradan qaldırmaq üçün problemin varlığını qəbul etmək lazımdır. Diaqnoz olmadan müalicə mümkün deyil”.

Fəxrəddin Altun Türkiyənin terror təşkilatlarına qarşı mübarizədə tək qalmasını və bu terror təşkilatlarının Avropada pul toplayaraq kadr yığmasına hələ də anlamadıqları şəkildə icazə verilməsini eyni ikili standartın təzahürü kimi gördüklərinə diqqət çəkib:

“Avropa İttifaqının terror siyahısında olan PKK-nı təmizə çıxartma cəhdinin, 15 iyulda küçələri qan gölünə çevirən FETÖ xəyanət şəbəkəsinin, terror təşkilatının bir ovuc müxalif kimi təqdim edilməsinin başqa izahı yoxdur.

İrqçiliyin normallaşdırılmasına, türk cəmiyyətinin köklərindən qoparılmasına, Almaniyada yaşayan türk vətəndaşlarının Türkiyə ilə əlaqələri bəhanə edilərək irqçiliyin qanuniləşdirilməsinə əsla icazə verməyəcəyik. İrqçiliyin və ifrat sağ meylliliyin yaratdığı təhlükə ilə səmimi mübarizə aparan bütün şəxs və qurumların ən böyük dəstəkçisi olmağa davam edəcəyik.

Bu kontekstdə Almaniyanın yeni hökuməti, qeyri-hökumət təşkilatları və media nümayəndələri ilə sıx əməkdaşlığımızı davam etdirməkdə qətiyyətliyik.

Biz heç bir vətəndaşımızın əzilməsinə, zülmə və təhdidlərə məruz qalmasına imkan verməyəcəyik. İrqçiliyin ifadə azadlığı kimi anlayışların arxasında gizlənməsinə və ya yayılmasına imkan verməyəcəyik”.

Xatırladaq ki, 2020-ci il fevralın 19-da Almaniyanın Hanau şəhərində irqçi terror aktı həyata keçirilib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO