Ermənistanın eks-prezidenti İsveçrə bankındakı milyonlarını niyə deklarasiya etməyib? - SƏBƏB 

Ermənistanın eks-prezidenti İsveçrə bankındakı milyonlarını niyə deklarasiya etməyib? - SƏBƏB 

Hazırda oxunan: Ermənistanın eks-prezidenti İsveçrə bankındakı milyonlarını niyə deklarasiya etməyib? - SƏBƏB 

61105

Ermənistanın eks-prezidenti Armen Sarkisyan İsveçrənin Credit Suisse bankındakı hesabında olan vəsait haqda bəyannamə (deklarasiya) verməyib. Hesaba bank 2016-cı ilə qədər xidmət göstərib.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Hetq.am saytı məlumat yayıb.

Nəşr anonim mənbənin Süddeutsche Zeitung qəzetinə təqdim etdiyi bank məlumatlarının sızması əsasında SuisseSecrets tərəfindən beynəlxalq jurnalist araşdırmasının nəticələrinə istinad edir.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan prezidenti fikrindən dönmədi – Vəzifəsindən birdəfələlik ayrıldı


Saytın məlumatına görə, Armen Sarkisyan və onun bacısı Karine Sarkisyanın Credit Suisse bank hesabında 10 milyondan çox İsveçrə frankı olub. Hesab 2006-cı ildən aktiv olub və 2016-cı ilə qədər bank tərəfindən xidmət göstərilib. Nəşr iddia edir ki, prezidentin hesabında mövcud olan vəsait deklarasiya edilməyib.

Həmçinin qeyd edilir ki, sızma nəticəsində dərc olunan məlumatlarda Ermənistan vətəndaşlarının və respublika ilə əlaqəli şəxslərin sayı təxminən 500 nəfər, bank hesablarının sayı isə 400-ə yaxındır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO